Adriana Limanın sifətindəki dəyişiklik diqqət çəkib

 Məşhur supermodel Adriana Lima 5 ildən sonra yenidən bir araya gəldiyi "Victoria's Secret"in yeni məhsulunun təqdimat mərasimində görünüb. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu yaxınlarda Los-Ancelesdə filmin premyerasında iştirak edən Lima həm üslubu, həm də estetikası ilə gündəmə gəlib.
Doğuş çəkisi ilə tez-tez gündəmə gələn Lima bu dəfə kino qalasında qırmızı xalçaya çıxıb. Limanın üzündəki dəyişiklik diqqətdən yayınmayıb.

Model həm üslubu, həm də sifətindəki dəyişikliyi ilə tamaşaçıları təəccübləndirib.  42 yaşlı Adriana Limanın pərəstişkarları onun plastik əməliyyat etdirdiyini iddia edirlər. Limanın üzünü fransız asma üsulu ilə qaldırdığı da iddiaları arasındadır.