Amerikalı müğənni Halsey İsrailin Qəzzaya hücumları ilə bağlı uzun müddət açıqlama vermədiyinə görə təəssüflənib.
Sherg.az xəbər verir ki, Halsey, İnstaqram sosial media platformasındakı paylaşımında Fələstin xalqının azadlığını dəstəklədiyini bir daha ifadə edərək, daha əvvəl Fələstin xalqının suverenliyi ilə bağlı açıqlamalar versə də, Qəzzada son baş verənlərlə bağlı yazılı açıqlama vermədiyinə görə təəssüfləndiyini bildirib.
Dünyada artan islamafobiyaya diqqət çəkən sənətçi, hər kəsin azad və təhlükəsiz yaşamaq haqqının olduğunu vurğulayıb.
Amerikalı müğənni Halsey Fələstinə yardım göndərən müxtəlif təşkilatlara külli miqdarda pul bağışlayacağını açıqlayıb.