Uzun müddətdir səhnələrdən uzaq qalan türk müğənni Şebnem Ferahın 3 iyunda İstanbulda böyük konsert verəcək.
OLAY yazır ki, biletlərin satışa çıxması ilə pərəstişkarlar sistemə axın ediblər. 140 min nəfərin uğrunda növbəyə durduğu biletlər cəmi 25 dəqiqə ərzində tükənib.
Konsert üçün satışa çıxarılan ümumi giriş (ayaqüstü) biletlərin qiymətinin 2 500 TL, səhnə önü kateqoriyasının isə 3 600 TL olduğu açıqlanıb. Təşkilat qaydalarına əsasən biletlərin geri qaytarılması və ya dəyişdirilməsi mümkün deyil.