Saysız-hesabsız plastik əməliyyat etdirdi, İzləyiciləri  reaksiyasız qala bilmədi

Estetik əməliyyatlardan həzz alan isimlərdən biri də Umut Akyürekdir. Bu yaxınlarda alnını bərkitmə əməliyyatı keçirən Umut Akyürek sosial media hesabında üzünün son variantını paylaşıb. İzləyicilər reaksiyalarını gizlədə bilməyiblər.

Umut Akyürek 2004-cü ildə həm də vokal sənətçisi olan Oktay Ertuğrulla ailə həyatı qurub, cütlük 2005-ci ildə qızları Melek Balı dünyaya gətirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, gözəlliyi ilə yanaşı səsi ilə də ad çıxaran Umut Akyürek sosial media hesabındakı paylaşımları ilə gündəmdə qalmaqda davam edir. 

Ötən həftələrdə gənclik fotosunu yayımlayan Akyürek çoxlu bəyənmə və şərh alan paylaşımına "Onun cəmi 17 yaşı var" sözlərini yazıb.

Son zamanlar mahnılarından daha çox etdiyi plastik əməliyyatdan danışılan Umut Akyürek Türk Klassik Musiqisinin məşhur adlarındandır. Onun keçirdiyi əməliyyatlardan sonra dəyişməsi heyrət doğurur.

Keçirdiyi əməliyyatlar nəticəsində dünya şöhrətli Ancelina Coli ilə müqayisə edilən Umut Akyürek bir müddət əvvəl alın dartılma əməliyyatı etdirib.