Son zamanlar sevilən aktyor Doğukan Güngörün Aslı Bekiroğlunun iti ilə foto paylaşması ikisi arasında eşq xəbərləri yaradıb.
"Sherg.az" xəbər verir ki, məşhur aktyor eşq iddialarına son qoyub.
O, inkar edir.
Doğukan Güngörün Aslı Bekiroğlunun iti ilə poza verməsi cütlüyün adlarının birlikdə yazılmasına səbəb olub. Premyeradan əvvəl mətbuat mənsublarının suallarını cavablandıran Bekiroğlu, onlarla bağlı eşq iddiasına cavab verib.
"SETİ MƏNƏ YAXINDIR"
Bəkiroğlu, "O, mənim dostumdur. Onun seti mənə yaxındır. Eyni agentlikdə işləyirik. Setlər arasında nahar edirik. Həmin gün itimlə şəkil çəkdirdi. Təəsüf ki, biz sadəcə dostuq." söyləyib.
Layihələrindən danışan aktrisa "Malatyaya film çəkməyə gedəcəyəm. Meşədə keçən triller hekayəsidir... YouTube proqramı haqqında düşünürəm" deyib.