Bu dəfə onun səhifəsi oğurlandı

Son günlər instaqramda çox izləyicisi olan səhifələrin oğurlanması halına tez-tez rast gəlinir.
Sherg.az Axşam.az-a istinadla xəbər verir ki, bu dəfə aktrisa Sevinc Əliyevanın instaqram hesabı oğurlanıb. Onun 100 mindən çox izləyicisi olan profili ələ keçirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Aygün Kazımova, müğənni İradə İbrahimova, aparıcılar Ceyhun Əli, Ranar Musayev, idmançı Pərviz Abdullayevin instaqram hesabı oğurlanmışdı. A.Kazımova, Ranar və İradə profillərini bərpa edə biliblər.