Aktrisa ana oldu: Körpəyə maraqlı ad verildi

2020-ci ildə Arman Bıçakçı ilə ailə quran Songül Ödəndən şad xəbər gəlib. Məşhur aktrisa körpəsinə qovuşub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sonuncu dəfə "Oğlum" serialına çəkilən Songül Öden 2020-ci ildə iş adamı Arman Bıçakçı ilə ailə həyatı qurub.

Diqqətlərdən uzaq xoşbəxt ailə quran məşhur aktrisanın ötən aylarda körpə gözlədiyi məlum olub. İlk dəfə ana olacağı üçün həyəcanlanan Ödəndən şad xəbər gəlib.

Songül Öden-Arman Bıçakçı cütlüyü qızlarını qarşılayıb. İkili körpələrinə Sone Larin adını veriblər.

Körpənin səhhətinin yaxşı olduğu bildirilib.