Ledi Qaqanın mahnıları sızdırılıb

"Qremmi" və "Oskar" mükafatlı müğənni Ledi Qaqanın indiyədək heç vaxt yayımlanmayan mahnıları sızdırılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki,  "Poker Face", "Rain On Me" və "Bad Romance" kimi hit mahnıları ilə tanınan dünya şöhrətli müğənni Ledi Qaqanın mahnıları sızdırılıb. Qaqanın ən azı üç mahnısının internetdə yayımlandığı bildirilir. 

Mahnılar Qaqanın əsl adı Stefani Germanotta ilə buraxılıb. Daha əvvəl musiqisevərlərə təqdim edilən "Perfect Illusion", "Fashion" və "Retro Physical" kimi mahnıların demo və fərqli versiyaları sızdırılıb.