Acun Ilıcalı: Bir gün də olsun atanı incitmədin, canım qızım!


Məşhur televiziya xadimi Acun Ilıcalının böyük qızı Banu Ilıcalının 34 yaşı tamam olub. 
Sherg.az xəbər verir ki, İlıcalı qızının ad gününü sosial media hesabında paylaşım edərək qeyd edib.

Banu, Leyla, Yasemin və Melisa adlı 4 qızı olan Acun İlıcalı işinin çox olması səbəbindən fürsət tapdıqca qızları ilə görüşməyə də laqeyd qalmır.

İlıcalının birinci həyat yoldaşı Seda Başbuğdan olan qızı Banu Ilıcalının yanvarın 29-da 34 yaşı tamam olub. Məşhur televiziya xadimi böyük qızının ad gününü sosial media hesabında qeyd edib.



O, qızına səslənərək, "Canım qızım, ad günün mübarək. Səninlə həmişə fəxr etmişəm. Bir gün də olsun atanı incitmədin, böyüdükcə mənə dost oldun, məni həmişə xoşbəxt etdin. Daha çox yaza bilərəm, amma hisslərimi ifadə etməyə kifayət etmir. Səni çox sevirəm." .

2016-cı ildə Efe Ceyhunla ailə quran Banu Ilıcalı 2020-ci ildə qızı Begümü qarşılayıb və Acun Ilıcalıya nəvə sevinci yaşatıb.