5 il əvvəl bitən serial: Niyə hələ də bu qədər izlənir?

2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar. Markl 2016-cı ildə Şahzadə Harrini görməyə başlayanda “Suits” serialında rol alırdı.

Sherg.az xəbər verir ki, 2011-2019-cu illər arasında yayımlanan serial 2023-cü ildə rəqəmsal platformalarda ən çox izlənilən serial oldu. ABŞ-da “Suits”un izlənilməsi 57,7 milyard dəqiqəyə çatıb.

Media analiz şirkəti Nielsen datasına görə, "Suits" serialı 2020-ci ildə Stiv Karellin baş rolda oynadığı "The Office" rekordunu (57,1 milyard dəqiqə) ötüb.

İkinci yerdə 42,9 milyard dəqiqə izlənilən uşaq proqramı "Bluey "qərarlaşıb. 


Digər tərəfdən, "Variety"-nin məlumatına görə, The Suits dünyasından bəhs edən yeni serial üzərində işlərə başlanılıb. Serialın hansı dövrə aid olacağı və serialda kimin rol alacağı məlum deyil.

Serialın yaradıcısı Aaron Korş yeni personajlarla serial çəkiləcəyinə işarə edib.

Markl 2010-2018-ci illər arasında serialda "Zane" obrazını canlandırıb. 2011-2019-cu illər arasında yayımlanan serial Marklın Şahzadə ilə münasibətindən sonra getdikcə populyarlıq qazanıb. Markl 2017-ci ildə 7-ci mövsümdə serialdan ayrılıb.

Setlərdən uzaq olan Marklın yeni serialda yer alıb-almayacağı maraq doğurur.