Hande Erçel ötən gün aktirisalıq məşqçisi İbrahim Çiçəklə Etilerdə bir məkandan çıxarkən görüntülənib.
"Sherg.az" xəbər verir ki,aktrisa "Sevgiliniz Hakan Sabancı ilə evlənməyi düşünürsünüz?" sualına belə cavab verib:
“Hələlik belə bir vəziyyət yoxdur”.
Saçlarını qırmızıya boyayan, sonra isə əvvəlki rənginə qaytaran Hande Erçel: “Bunu böyük məmnuniyyətlə etdim, ancaq boyamaq çətin oldu. Sadəcə qırmızı rəngi çox istəyirdim. Buna görə boyadım” söyləyib.
Hande Erçel aktyorluğu tərk edəcəyi ilə bağlı iddialara “Belə bir şey yoxdur” deyərək cavab verib.