Adel Avropaya gəlir: 8 min nəfərlik stadionda konsert verəcək

Qremmi mükafatlı müğənni Adel 8 ildən sonra ilk dəfə Avropada konsert verəcək.

Sherg.az xəbər verir ki, "Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in the Deep" hitləri ilə tanınan britaniyalı müğənni Adelin yeni marşrutu məlum olub. Uzun müddətdir ki, Las-Veqasda konsert silsiləsini davam etdirən müğənni Avropaya gəlir.

2016-cı ildən bəri ilk dəfə Avropaya gəlməyə hazırlaşan Adel yayda Almaniyanın Münhen şəhərində 4 konsert verəcək. 8 min nəfərlik stadionda konsert verəcək Adel hər şeyin “bir az təsadüfi” baş verdiyini, lakin çox həyəcanlı olduğunu bildirib.


35 yaşlı müğənni "2016-cı ildən bəri Avropada heç bir konsert verməmişəm. Yayı həyatımın və karyeramın gözəl vaxtında doğma şəhərimin yaxınlığında keçirmək çox gözəl hissdir"-  deyib.