Silvestr yeni "Rembo" üçün onu göstərdi

 “Qoy mənim yerimi Rayan Qoslinq tutsun”

"Rembo" və "Rocky" filmləri ilə yadda qalan və filmləri seriala çevrilən Hollivudun ikonik aktyorlarından Silvester Stallone Rambo bayrağını Rayan Qoslinqə ötürmək istədiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, sonuncu dəfə 2019-cu ildə "Rembo: Son qan" filmində görünən Silvestr Stallone Barbinin Oskar mükafatına namizəd olan ulduzu Rayan Qoslinqin adını çəkib.

Rayan Qoslinqlə şam yeməyində tanış olduğunu bildirən Stallone, "Səbəbini deyim. Onunla şam yeməyində tanış oldum və açığı bir-birimizə əksikik, o yaraşıqlıdır, mən deyiləm, işlər belə gedir" deyib.