Gənc sevgilisi haqqında eşitmədiyi söz qalmadı: “Məni həbs edəcəksiz?”

Amerikalı televiziya ulduzu Kristin Kavallari ərindən boşandıqdan sonra özündən 13 yaş kiçik Mark Esteslə eşq macərası yaşamağa başlayıb. Əlaqələrini sosial şəbəkədə də açıqlayan ikili arasında yaş fərqi ilə bağlı amansız şərhlər edilib. Kavallari video paylaşaraq mesajlara üsyan edib.

Sherg.az xəbər verir ki, realiti-şou ulduzu, modelyer və yazıçı Kristin Elizabet Kavallari 2013-cü ildə amerikalı futbolçu Cey Katlerlə evlənib. Cütlüyün Camden, Jaxon və Seylor adını verdikləri üç övladı olub.

2022-ci ildə yollarını ayırmağa qərar verən cütlüklərdən biri olan Kavallari (37) son aylarda özündən 13 yaş kiçik TikTok ulduzu Mark Esteslə yeni eşq macərası yaşayır.

Birlikdə paylaşımlar etməyə başlayan və həftəsonunu romantik Meksika tətilində keçirən ikili ABŞ-a qayıdarkən hava limanında onları izləyən paparassilərdən yayına bilməyib.

Kavallari fotonu gənc sevgilisi ilə paylaşıb; O, “məni xoşbəxt edir” yazaraq sevgisini də elan edib. Estes isə sevgilisi ilə hovuz kənarında intim anlar keçirən videosunu yayımlayıb.


Sevgiləri jurnalın gündəmində olan Kristin və Mark tənqid hədəfindən qaça bilməyiblər. İzləyiciləri məşhur addan “37 yaşlı qadınla 24 yaşlı uşağın ortaq cəhəti nə ola bilər?”, “Kristinin rol aldığı “The Hills” verilişində Markın cəmi 6 yaşı vardı....” və “Uşaqlarına ögey qardaş yox, ögey ata lazımdır” kimi şərhlər verib.


İzləyicilərinin yaş fərqləri ilə bağlı şərhlərindən sonra, Kavallari TikTok-da bir video paylaşıb və aldığı mesajlara sərt reaksiya verib:

“Bəli, mən özümdən kiçik biri ilə münasibətdəyəm. Bəs, siz bununla bağlı nə edəcəksiniz? Məni həbs edəcəksiz, ya cərimə edəcəksiz?

Kristin Kavallari və Mark Estesin yaş fərqi ilə bağlı şərhlərə baxmayaraq birlikdə yaxşı vaxt keçirdikləri və deyilənlərə əhəmiyyət verməməyi üstün tutduqları bildirilir.