"Survivor 2021" yarışmasının iştirakçısı Merve Aydın evləndi!

"Survivor"un 2021-ci il mövsümündə "Məşhurlar-Könüllülər" formatında yarışan basketbolçu Merve Aydın (29) uzun müddətdir sevgili olduğu Yunus Özbeklə ailə qurub.

Shreg.az xəbər verir ki, "Fənərbaxça" Alagöz Holding Qadın Basketbol komandasında çıxış edən idmançı və Yunus Özbeki xoşbəxt günlərində dostları tək qoymayıb.

Merve Aydın nikah mərasimində çəkilən fotoları sosial media hesabında "Bir ömür" mesajı və sonsuzluq emojisi ilə paylaşmağı da unutmayıb.