Madonnanı rüsvay etdilər, həmin anlar 2,4 milyon dəfə izlənilib

Qastrol məşqində ciddi bakteriya infeksiyası keçirən və reanimasiyada müalicə olunan və az qala ölmək üzrə olan Madonna təxirə salınmış dünya turnesini davam etdirir.
Sherg.az xəbər verir ki, Los-Ancelesdəki konserti zamanı oturan adam görən müğənni fanatına "Orada oturub nə edirsən? Niyə oturursan?" soruşub.
Az sonra Madonna səhnənin kənarına çıxıb və pərəstişkarının əlil arabasında əyləşdiyini görüb.
Müğənni "Oh, tamam. Buna görə üzr istəyirəm. Burada olmağınıza şadam" deyib.
Müğənninin həmin anları sosial mediada yayılıb və TikTok-da 2,4 milyon dəfə izlənilib.

Məsələ ilə bağlı açıqlama verməyən Madonnanın davranışı tənqid edilib.