Canlı yayımda böyük sürpriz: Yunus Əmrənin atalıq sevinci

TV8 ekranlarında izləyiciləri ilə görüşən "Survivor All Star" ötən gün 58-ci bölümü ilə ekranlara gəlib. Ünsiyyət mükafatı yarışmasının keçirildiyi gecədə qalib qırmızı komanda olub.

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Dominikada mübarizəsini davam etdirən və zaman- zaman yarışmaçılarla polemikaları ilə diqqət çəkən Yunus Əmrə ünsiyyət mükafatından sonra müjdəli xəbəri alıb. 


 
Ata olacağını İnstaqram canlı yayımında öyrənən Yunus Əmrə "Ata oluram!"-deyə sevinib.  O, yerindən qalxarkən qırmızı komandanın üzvləri də böyük sürpriz və sevinc yaşayıb.