“Məni təhqir etdilər” deyən Meqan Markl sosial mediaya qayıtdı


Kral həyatı ilə vidalaşan və ABŞ-da yeni səhifə açan şahzadə Harri və Meqan Markl hər zaman gündəmdədir. Meqan Markl uzun fasilədən sonra sosial mediaya qayıdıb.

Sherg.az xəbər verir ki, Markl uzun fasilədən sonra İnstaqrama qayıdıb. "American Riviera Orchard" adlı yeni brendini təqdim edən 42 yaşlı ulduzun ilk paylaşımında çiçək yığarkən və yemək bişirərkən görüntülənib.

Kral ailəsini tərk edən Marklın hələ də profilində "Düşes" titulundan istifadə etməsi diqqət çəkib.

Yeni layihəsini “By Meghan, Sussex hersoginyası” qeydi ilə elan edən Marklın mətbəx məhsulları satacağı təxmin edilir. Markl şahzadə Harri ilə nişanlandıqdan sonra sosial media hesabını bağlayıb.

Digər tərəfdən Markl qatıldığı bir tədbirdə sosial mediada "sonsuz toksik quruluşu" tənqid edərək, uşaqlarına hamilə olarkən zorakılığa məruz qaldığını bildirib.

Sosial mediada istifadəçilərin insanlıqlarını unutduqlarını və bunun dəyişməsi lazım olduğunu" deyən Markl sözünə davam edir: "Sosial mediada və onlayn dünyada yaşadığım təcavüz və zorakılığın ən böyük hissəsini Archie və Liliyə hamilə olduğum zaman yaşadım".

Hər hərəkəti gündəmdə olan 42 yaşlı Markl insanların niyə bu qədər nifrətli və qəddar olduqlarını anlaya bilmədiyini bildirib. "Bir qadın haqqında pis şərhlər oxuyursansa, niyə bunu dostunla bölüşmək istəyirsən?"

 Markl sözlərini "Əgər bu adam  dostunuz, ananız və ya bacınız olsaydı, bunu etməzdiniz" deyərək sözünü yekunlaşdırıb.