“All Star 2024” heyətinə sonradan daxil edilən
Səma Aydemir Pınar Saka ilə davasına görə yarışdan diskvalifikasiya edilərək “Survivor”
macərasına son vermişdi.
Sherg.az xəbər verir ki, Adanı
tərk edən sonuncu şəxs Pınar Saka olub.
14 mart
2024-cü il, cümə axşamı axşam saatlarında yayımlanan “Survivor All Star”ın yeni
bölümündə ələmə duelindəki 4 iştirakçıdan biri olan Pınar da “Survivor”
xəyalları ilə vidalaşdı.
Aysu ilə
yarışan Pınar Saka yarışı uduzaraq “Survivor All Stardan” kənarlaşdırılıb. Onun
“Survivor”la vidalaşması da sosial mediada trend mövzusuna çevrilib.
Qeyd edək
ki, “Survivor All Star 2024”ün heyətinə sonradan daxil olan və qırmızılı
komandada yarışan Səma Aydemir Pınarla dava etmişdi. Səma Pınarla fiziki
təmasda olduğu üçün “Survivor”dan diskvalifikasiya olunub. Səmanın
diskvalifikasiyası “Survivor” tamaşaçılarını da çox üzüb.
İndi
isə Pınarın mübarizədən
kənarlaşdırıldığını görən Səma Aydemir sosial media hesabında ardıcıl
paylaşımlar edib. İlk paylaşımında halay rəqsi çəkdirdiyi videosunu
yerləşdirən Səma Aydemir həm rəqs edib, həm də halay oynayıb.
Bu videodan
sonra Səma Aydemirdən daha bir paylaşım gəlib. İllər əvvəl yayımlanan
"Möhtəşəm Yüzyıl" serialından bir bölüm də daxil edən Səma videonu
Hürrəm Sultan obrazının "Allaha şükür. Bismillah" sözləri ilə
paylaşıb.