Fahriye Evcen kiçik oğlu Kerem ilə yeni pozalarını paylaşıb!

Sosial şəbəkədəki paylaşımları ilə tez-tez gündəmdə olan cütlüklərdən biri Fahriye Evcen bir müddət əvvəl kiçik oğlu Kərəmlə kamera qarşısına keçib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Oğlu ilə çəkdirdiyi fotoları 13,7 milyon izləyicisi olan İnstaqram səhifəsində paylaşan  gözəl aktrisa paylaşımına "O mənim hər şeyimdir" mesajını yazıb.

Qısa müddətdə 412 min bəyənmə alan məşhur adın fotoları pərəstişkarlarının şərhləri ilə dolub. Bəziləri balaca Kərəmi böyük qardaşı Karan, bəziləri isə atası Burak Özçivitlə müqayisə edib.

- Sanki Karanı yenidən dünyaya gətirdi.
- Kərəmlə Karan bir-birinə çox bənzəyirlər...
- Göz dəyməsin, çox gözəlsən.
- Kerem Burak kimi görünür. Çox yaraşıqlı oğlan.
- Yaxşı, Fahriyenin gözəlliyi...
- Kerem Burakın əkizinə oxşayır!