Amerikalı reper və prodüser Lil Con Kaliforniyada məsciddə şəhadət gətirərək müsəlman olub.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda amerikalı reperin məscid imamının göstərişi ilə şəhadəti əvvəlcə ərəb, sonra ingiliscə oxuduğu görünüb.
1972-ci ildə Corciya ştatının Atlanta şəhərində anadan olmuş, əsl adı Jonathan H. Smith olan reper 2000-ci illərin əvvəllərində hip hop alt janrının təqdim edilməsində qabaqcıl rolu ilə tanınır.
Sosial mediada 1 milyondan çox izləyicisi olan və mistik inanclarla maraqlandığı bilinən Lil Con bu yaxınlarda böyük marağa səbəb olan meditasiya albomunu çıxarıb.
Con, amerikalı yazıçı və fəal Şaun Kinqdən sonra Ramazan ayının ilk həftəsində İslamı qəbul etdiyi məlum olan ikinci amerikalı oldu.