Ahmet Kuralın oğlu Amerikada dünyaya gələcək

Keçən iyulda ailə quran aktyorlar Ahmet Kural və Çağla Gizem Şahin  körpələrinə qovuşmaq  üçün günləri sayırlar. Cütlük oğullarının dünyaya gəlməsi üçün Amerikaya gedəcək.

Sherg.az xəbər verir ki, Xoşbəxt münasibəti davam edən Ahmet Kural-Çağla Gizem Şahin cütlüyündən toydan qısa müddət sonra şad xəbər gəlib. Uşaq gözlədiklərini açıqlayan məşhur cütlük birlikdə çəkdirdikləri pozaları paylaşaraq "Çox həyəcanlıyıq" yazıb.


Həyəcanları günü-gündən artan və oğlan uşağı gözləyən cütlüklərdən biri olan Ahmet Kural qatıldığı proqramda oğlunun adını açıqlayıb: "İnşallah, sağlam doğular. Allah bizə bir qız övladı da nəsib edər. Doğulmamışdan əvvəl çox həyəcanlandıq. Kemal adını çox istəyirik. Adı Mustafa Kamaldan gəlir. İnşallah yetkin bir uşaq olar". 
Birsen Altuntaşın xəbərinə görə, Kuralın oğlunun dünyaya gəlməsi üçün Amerikaya gedəcəyi öyrənilib.