Hazal Kaya ərinin tənbəlliyindən  şikayətlənib- FOTO


"Adini Feriha Koydum" və "Aşk-ı Memnu" serialları ilə yadda qalan Hazal Kaya verilişilərin birində  qonaq olub. 
Sherg.az xəbər verir ki,  həmkarı Əli Atayla (47) xoşbəxt ailə quran 33 yaşlı aktrisa "Ərini qısqanırsan?" sualına verdiyi cavabla  təəccübləndirdi.

"Mən heç kimə belə qısqanc deyiləm, amma onların kişi dostluqları, PlayStation oynamaq və s... Məni o şeylər cəlb edir. Məsələn, 10 qadınla PlayStation oynasaydı, bu qədər qısqanc olmazdım. Dostlarına sanki sevgilisi ilə mesajlaşırmış kimi yazır. Məsələn, "Axşam tək yeməyə gedəkmi?" deyir. 

Ərinin tənbəlliyindən də şikayətlənən Hazal Kaya "Tənbəlliyini dəyişmək istərdim. Süfrənin sonundakı şəkərə çata bilmədiyi üçün artıq çayına şəkər qoymayan biridir" deyib.

Fikrət Əli adlı 4,5 yaşlı oğlu və 13 aylıq Leyla Sürəyya adlı qızı olan məşhur ad, "Üçüncü uşaq istəyirsən?" sualına isə “Xeyr, amma biz övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərik” cavabını verib.