Şakira: Jerar Pike üçün karyeramı buraxdım

12 illik sevgilisi Jerar Pike ilə qalmaqallı ayrılması ilə tez-tez gündəmə gələn Şakira 7 ildən sonra ilk dəfə albom çıxarmağa hazırlaşır.

Sherg.az xəbər verir ki, 47 yaşlı müğənni münasibəti ilə bağlı "The Times"a yeni etiraflar edib.

Pike getdikdən sonra oğulları Milan və Saşa ilə Mayamiyə köçən ulduz, "Uzun müddət Cerardla birlikdə olmaq üçün karyeramı dayandırdım ki, futbol oynaya bilsin" deyə vurğulayıb.


 
"Las Mujeres Ya No Lloran" adlı albomu ilə musiqisevərlərin görüşünə hazırlaşan müğənni "Sevgiyə çox şeylər qurban verdim" deyə bildirib.

7 ildən sonra ilk dəfə albom çıxarmağa hazırlaşan müğənni onun adını "Las Mujeres Ya No Lloran" qoyub.

Albomda 16 mahnı yer alacaq. Albom martın 22-də tamaşaçılarla görüşəcək.

Müğənni albomu haqqında belə deyib: "Hər mahnı yazanda özümü yenidən yaradıram kimi hiss edirdim. Mahnıları oxuyanda göz yaşlarım brilyantlara, zəifliyim gücə çevrildi".