Bella Hadid at belində: Reaksiyalara səbəb olub

Uzun illərdir mübarizə apardığı Lyme xəstəliyi və Fələstinlə bağlı açlqlamaları ilə diqqət çəkən Bella Hadid bu dəfə dünyaca məşhur  jurnal üçün verdiyi  pozalarla gündəmə gəlib.
Sherg.az xəbər verir ki, “Vogue” jurnalının italyan buraxılışı üçün poza verən model bəzi kadrlarda at üzərində görüntülənib.

Modelin bu pozaları tənqid hədəfinə çevrilib.

Modelin şəkilləri sosial şəbəkədə paylaşılıb və "Niyə atın üstündə dayanıb?" “Atı incidirsən” və ya “Atdan düş” kimi şərhlər səsləndirilib.


Atçılıqla məşğul olan və təsərrüfat həyatını paylaşan Hadidin tez-tez atlarla vaxt keçirdiyi məlumdur.

Bəzi sosial şəbəkə istifadəçiləri at sevgisi ilə tanınan Hadidin çəkilişini tərifləyiblər.

Amerikalı model bacısı Gigi kimi gənc yaşlarından at sürməyə başlayıb.