Beren Saat və Zerrin Tekindor uzun illərdən sonra birlikdə

Bir dövrə damğasını vuran "Aşk-ı Memnu" serialında Bihter və Matmazel obrazları ilə birlikdə rol alan Beren Saat və Zerrin Tekindor illər sonra yenidən bir araya gəlib.

Sherg.az xəbər verir ki, 2008-2010-cu illər arasında tamaşaçılarla görüşən, təkrar bölümləri ilə belə reytinq rekordu qıran "Aşk-ı Memnu" filmində Beren Saat "Bihter Ziyagil" obrazı və Zerrin Tekindor "Madmazel" obrazı ilə tamaşaçı qarşısına çıxıb.

Serialda bir-birini sevməyən iki obrazı canlandıran məşhur aktyorlar illər sonra bir araya gəliblər. 


Zerrin Tekindorun tək adamlıq  “Toz” tamaşasına baxmağa gedən Beren Saat tamaşadan sonra keçmiş həmkarı ilə kamera qarşısına keçib.

Məşhur ad Tekindorla pozasını "Pərəstişkarınız olmaq üçün bir səbəb daha" qeydi ilə yayımlayıb.