Şakiradan onunla sevgili olma xəbərlərinə reaksiya


Jerar Pike ilə boşandıqdan sonra çətin günlər yaşayan müğənni Şakira bu gün yeddi ildən sonra ilk albomuni təqdim edəcək. 

Axşam.az xəbər verir ki, Şakira rekordun təşviqi çərçivəsində müsahibələr verməklə məşğuldur. İndi isə o, instaqramda paylaşdığı şəkillərlə gündəmə gəlib.

Latın amerikalı müğənni "Emili Parisdə" filminin 31 yaşlı ulduzu, ingilis aktyoru Lüsien Laviskontun qucağında poza verib. Hətta fotolardan birində aktyor ifaçını öpüb.

Şakira az keçmədən onunla eşq yaşadığı iddialarına reaksiya verib. O, "Çərçivədə kadr" deyə, yazılanlara reaksiya verib. Şakira Jerardın xəyanətindən sonra kişilərə qarşı ehtiyatlı olduğunu etiraf edib.