İrem Dericinin paylaşımı izləyicilərini həyəcanlandırdı!

Sevgilisi Gökhan Fıratla Maldiv adalarında tətildə olan İrem Derici paylaşdığı foto ilə izləyicilərini həyəcanlandırıb.
"Sherg.az" xəbər verir ki, məşhur müğənni İnstaqram səhifəsində sevgilisi ilə əl-ələ tutan romantik fotosunu yayımlayıb. 
Bu paylaşım Dericinin 'evlilik təklifi alması' kimi şərh edilib. 
Aralarında Demet Akalın və Ebru Şancı kimi məşhur adların da olduğu izləyiciləri müğənniyə mesajlar yağdırıblar.