Zara itirdiyi 9 kiloqram çəkinin sirrini açıb -FOTO

Türkiyəli ifaçı Zara 9 kiloqram arıqladığını açıqlayıb. 
"Sherg.az" xəbər verir ki, məşhur müğənni arıqlama prosesini sosial media hesabında bu sözlərlə izah edib:
"Mümkün qədər evdə hazırlanmış yeməklər və tərəvəzlər yeyirəm. Evdə xırda peçenye kimi çörək bişiririk. Porsiyonlarım o qədər kiçikdir ki, görsəniz inanmazsınız. Mədə turşusunu artırmamaq üçün yemək zamanı maye qəbul etməməyə çalışıram. Daha yaxşı həzm üçün gün batdıqdan sonra heç nə yeməməyə çalışıram. Həftədə 3 gün idman edin, mümkün olduqca gəzin. Ən əsası stressdir. Başınızdakı səslərdən xilas olun və dəniz, qum, günəş və kəpənəklər rejiminə keçin. İnanın, bu, böyük fərq yaradır. Mən xoşbəxtliyi seçirəm, haqlı olmağı deyil. Sizi dəli edən insanlara hirslənməyi dayandırın, çünki onlar dəyişmir və siz yalnız qəzəbin mərkəzi olan qaraciyərinizi yorursunuz. Sevdiyiniz bir şey edin. Eypio ilə etdiyimiz iş hazırda cədvəllərdə yüksəlir. Stressə yox, vitaminlərə hə deyək. "Bəs necə arıqlamaya bilərəm?"".