Kıvanç Tatlıtuğun döyməsi gündəmə gəlib

2016-cı ildə Başak Dizerlə ailə quran Kıvanç Tatlıtuğ xoşbəxt evliliyini 2022-ci ildə Kurt Efenin dünyaya gəlməsi ilə taclandırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, şəxsi həyatını diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən Kıvanç Tatlıtuğ sosial şəbəkələrdəki paylaşımları ilə yanaşı, döymələri ilə də ad çıxarır.

Keçən il həyat yoldaşı Başak Dizer (13 aprel 1977) və oğlu Kurt Efenin (15 aprel 2022) doğum tarixlərini kompas kimi döydürən Tatlıtuğ indiyə qədər heç vaxt görünməmiş döyməsi ilə trend mövzusuna çevrilib.

 
Kıvanç Tatlıtuğun həyat yoldaşı Başak Dizerlə bağlı döymə etdirdiyi məlum olub. Tatuajın mərkəzindəki "B" hərfi diqqət çəkib. 


Digər tərəfdən, Kıvanç Tatlıtuğ ötən aylarda "Evlilik eşqi öldürürmü?" sualına, "Sizcə, aşiq olmaq zormu? Niyə evliliyi belə qəlibə salırıq? Evlilik çətindir?. Yox"-deyə cavab verib.