Hadisənin reklam qiyməti şok etdi - 300 milyon...

Türkiyəli məşhur müğənni Hadisənin reklam gəliri hər kəsi təəccübləndirib.
Bakupost.az xəbər verir ki, səhnə tərzi və sosial media paylaşımları ilə tez-tez adından söz etdirən Hadisə bu dəfə reklam müqavilələrindən alacağı qonorarla gündəm olub.
Hadisə biri zinət əşyaları olmaqla 3 böyük brendlə 1 illik müqavilə imzalayıb.
O, hər birindən 3 milyon dollara yaxın gəlir əldə edib.
Hadisə yaz və yay aylarında 95 konsert verəcək və ümumilikdə 237,5 milyon lirə qazanacaq.