Müğənni təcili əməliyyat olunacağını açıqlayıb

Müğənni Aydilgə omba nahiyəsində yaranan yırtıq səbəbindən təcili əməliyyat olunacağını sosial media hesabından açıqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2018-ci ildə musiqiçi Utku Barış Andaçla ailə həyatı quran məşhur müğənni Aydilge xəstəxanadan paylaşım edərək bunları qeyd edib:

"Təcili əməliyyat olunmalıyam. Düşünürəm ki, səhnədə bir az çox tullandım. Yırtığım çox böyük və parça-parçadır. Ona görə də təmizlənib tikilməsi lazımdır. Xahiş edirəm dualarınızı göndərin”.