83 yaşlı “Xaç atası” -Dördüncü övladı dünyaya gəldi

Hollivud “ulduz”u, Oskar mükafatçısı, “Xaç atası”, “Qadın ətri” filmləriylə hafizələrdə yaşayan Al Paçinonun dördüncü övladı bu günlərdə cəmiyyətə təqdim olunub. Körpə 2023-cü ildə dünyaya gəlib, lakin anası, Küveyt əsilli amerikalı rejissor Noor Al-Fallah körpəni yalnız 14 ay keçdikdən sonra cəmiyyətə göstərib.
 83 yaşlı Al Paçino ilə gənc sevgilisinin arasında tam 54 yaş fərqi var.  Al Paçino isə son illərdə şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Məşhur aktyorun gənc sevgilisindən övladının dünyaya gəlməsi də bu qəbildəndir. Roman adı verilən körpə məşhur aktyorun sayca dördüncü övladıdır. Noor Al-Fallah Los-Ancelesdə körpəsi ilə gəzərkən kameralara tuş gəlib. Körpənin Al Paçinoya bənzərliyi də nəzərdən qaçmayıb. Bundan əvvəlsə N.Al-Fallaha “Al Paçinoyla evlənəcəksinizmi” sualı veriləndə o, “sanmıram, çünki mən, ümumiyyətlə evlənmək istəmirəm”, cavabını vermişdi.  Al Paçinoyla N.Al-Fallah bir axşam yeməyində tanış olublar və bundan sonra yaxın münasibətləri başlayıb. N.Al-Fallah  “Onu daha əvvəl də tanıyırdım. Kino məktəbini bitirmişəm və ünlü aktyor və rejissorları tanıyıram. Onu görəndə isə “Aman, Allah bu, Al Paçinodur, dedim. Amma onun bir gün övladımın atası olacağını heç ağlıma da gətirməzdim. O, çox istedadlı, bənzərsiz insandır”, deyib.