Serenaydan cəsarətli pozalar - FOTO

Türkiyəli aktrisa Serenay Sarıkaya yeni fotoları ilə gündəm olub.
Bakupost.az xəbər verir ki, son zamanlar Mert Demirlə münasibəti ilə diqqət çəkən Sarıkaya jurnal üçün poza verib.
Cəsur kadrları ilə pərəstişkarlarını məftun edən Serenay Sarıkaya bu sözləri deyib:
"Düşünürəm ki, mən cəsarətli aktrisayam. Rejissor, ssenarist və ya prodüserin məni ilk ağıla gələndən fərqli xəyal etməsini, mənim haqqımda başqa xəyallar qurmasını və o xəyallar dünyasına çəkməsini çox istərdim...".