İş adamı Mehmet Dinçerler ilə 5 aylıq evliliyindən sonra şəxsi həyatı ilə gündəmdə olan Hadisənin "Qalatasaray"ın baş məşqçisi Okan Burukla eşq yaşadığı iddia edilib. Məlum olub ki, məşhur adın sevgilisi əcnəbi rejissordur.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Hadisə iş adamı Mehmet Dinçerler təxminən bir il eşq yaşadıqdan sonra 2022-ci ilin martında nişanlanıb və iki ay sonra Çırağan Sarayında təşkil edilən sadə mərasimlə həyatlarını birləşdiriblər.
Qeyd edək ki, sakitcə nikah masasına oturan cütlüyün xoşbəxtliyi uzun sürməyib. Ayrılıq qərarı ilə günlərlə gündəmdən düşməyən məşhur cütlük 1 oktyabr 2022-ci ildə tək seansda 5 aylıq evliliklərini bitirib.
“BİR KİTAB İKİ DƏFƏ OXUNMAZ”
Keçmiş həyat yoldaşı ilə ötən il barışdığı iddia edilən müğənni konsertində "Bəziləri keçmişdə ilişib qaldığımızı düşünür. Kitabı iki dəfə oxumuruq" deyərək yayılan xəbərlərin doğru olmadığını bildirib.
Şəxsi həyatı ilə hər zaman gündəmdə olan Hadisənin bir müddət əvvəl “Qalatasaray”ın baş məşqçisi Okan Burukla yeni eşq macərasına başladığı iddia edilib. “Əlaqə” xəbəri gün ərzində sosial mediada “Ən çox danışılan” xəbərlər sırasında olub.
İkilinin bu yaxınlarda qatıldıqları bir məclisdə təkbətək söhbət etməsinin eşq xəbərlərinin ortaya çıxmasına səbəb olduğu iddia edilib.
Gündəmdə olan iddialardan sonra Buruk və Hadisənin bir yerdə olmadığı, sadəcə söhbət etdikləri deyilib. Məlum olub ki, müğənninin əsl sevgilisi tamam başqa insandır. Son zamanlar adı hallanan məşhurun əcnəbi rejissorla sevgili olduğu öyrənilib.