Acun Ilıcalı dördüncü dəfə EVLƏNİR -Özündən 30 yaş kiçik xanımla...

Türkiyənin “TV-8” kanalının sahibi, aparıcı, 55 yaşlı Acun Ilıcalı dördüncü dəfə evlənir. O, özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə birlikdə toy hazırlıqlarına başlayıb.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Cütlüyün toyu Muğlada bir oteldə baş tutacaq.
Qeyd edək ki, Acun Ilıcalı ilk evliliyini Seda Başbuğla edib və Banu adlı qızı olub. Onun ikinci evliliyi Zeynep Yılmazla olub. Ondan Leyla və Yasemin adlı qız övladları dünyaya gəlib. Acun Ilıcalı sonuncu dəfə 2017-ci ildə Şeyma Subaşı ilə ailə qurub, bir il sonra boşanıb. Şeymadan Melisa adlı bir qızı var.