Keçmiş həyat yoldaşı sevgilisi olmadı!

İsmayıl Hacıoğlu ilə Duyğu Kaya Kumarki ayrılıb


Aktyorlar İsmayıl Hacıoğlu və Duyğu Kaya Kumarki münasibətlərinə daha bir şans verib. “Yenidən sev” deyən keçmiş həyat yoldaşlarının xoşbəxtliyi uzun sürməyib. Kumarki ayrılmaq qərarına gəldiklərini açıqlayıb.
“Şərq” türk mediasına istinadən xəbər verir ki,  Duygu Kaya Kumarki və İsmail Hacıoğlu 2016-cı ildə həyatlarını birləşdirib. Yemin adlı qızı olan cütlük 2020-ci ildə boşanıb.

Məşhur aktrisa Kumarkidən boşandıqdan sonra həmkarları Merve Çağıran və Aslıhan Gürbüzlə yeni eşq yaşamağa başlayıb; Bu sevda da evlənmədən əvvəl bitib.

2024-cü ili birlikdə qarşılayan keçmiş həyat yoldaşları sosial mediadakı paylaşımları ilə sürpriz birlik elan ediblər. Lakin sevgiyə daha bir şans verən cütlük sevgili kimi münasibətlərini davam etdirə bilməyib. Duygu Kaya Kumarki İsmayıl Hacıoğlu ilə münasibətlərini bitirdiklərini açıqlayıb:

“Keçmiş həyat yoldaşım İsmayıl Hacıoğlu ilə yenidən ortaq həyata başlamışdıq. Bir az əvvəl danışaraq ortaq həyatımızı yenidən bitirdik. Valideyn vəzifəsi olaraq qızımızla birgə bizi yan-yana görə biləcəyinizi bildirmək istəyirik”.


Turan