Anıl Altan: Eyni layihədə ailə olaraq iştirak edəcəyik!

Aktrisa Pelin Akil ilə evli olan Anıl Altan ötən gün əkiz qızları Alin və Lina ilə Metropol İstanbulda görüntülənib. 
"Sherg.az" xəbər verir ki, ailəvi əyləncə mərkəzində qızları ilə xoş vaxt keçirən Altan daha sonra kinoya baxıb.
Tətil mövsümünü başa vurduğunu deyən Anıl Altan bir avtomobil markasının siması olduğunu və buna görə də çəkilişlər üçün tezliklə xaricə gedəcəyini bildirib. Pelin Akıl ilə həftəlik planlı şəkildə hərəkət etdiklərini deyən aktyor, hazırda həyat yoldaşının çəkilişlər apardığını və sabah uçuşdan əvvəl uşaqlarla əylənməyə gəldiyini bildirib.SEVƏNLƏRİNƏ ŞAD XƏBƏR
Həyat yoldaşınızla eyni layihədə olacaqsınız? sualına Anıl Altan "Yeni mövsüm üçün müzakirə etdiyimiz layihələr var. Ailəlikcə də birlikdə iştirak edəcəyimiz layihələrimiz olacaq" deyə cavab verib.