İrem Derici zəhərləndi, konserti təxirə saldı

POP musiqisinin məşhur adlarından olan İrem Derici səhhətində yaranan problemlər səbəbindən yay konsertlərinə ara verməli olub.                                                                                                              
"Sherg.az" xəbər verir ki, konserti üçün Bodruma gedən məşhur müğənni qaldığı oteldə özünü yaxşı hiss etmədiyi üçün həkim çağırılıb. Məlum olub ki, Derici qidadan zəhərlənib. Dərman preparatları verilən məşhur müğənni avqustun 20-də Bodrumda verəcəyi konserti daha gec bir tarixə təxirə salaraq istirahət edib.