Castin-Heyli  Biber cütlüyünün körpələri dünyaya gəldi

Dünyaca məşhur müğənni Castin Biber və model Heyli Bolduin Biberin körpəsi olub. Heyli Biber Los-Ancelesdəki xəstəxanada uşaq dünyaya gətirib.
Sherg.az xəbər verir ki, cütlük övladına Cek Blyuz adını verib.

30 yaşında ilk dəfə ata olan Castin Biber körpəsinin ilk fotosunu da yayımlayıb.

2018-ci ildə ailə quran müğənni Biber və model Heyli Bolduin may ayında uşaq gözlədiklərini açıqlamışdı.