
Harris daha çox ermənipərəstdir - RƏY
Yusif Nəzərli
07:11 05.11.2024
Siyasət
433
Biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik
ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib. Katolikosluqdan yayılan məlumatda Trampın Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərilməsinə dəstək ifadə etdiyi bildirilib. Telefon danışığı zamanı Trampın ABŞ-dəki erməni icmasını da salamladığı vurğulanıb. I Aram isə Trampa Qarabağ erməniləri ilə bağlı mövqeyinə görə təşəkkür edib.
Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib. O, həmçinin guya təqib edilən xristianları müdafiə edəcəyini deyib.
Trampın rəqibi Harris də Qarabağ erməniləri və iki ölkə arasındakı sülhlə bağlı bənzər açıqlama verib.
ABŞ-də ermənilərin ən böyük diaspor təşkilatı olan Amerika Erməniləri Milli Konqresi isə seçkidən öncə məlumat yayaraq, ermənilərin namizədlərdən heç birini dəstəkləməyəcəyini bəyan edib.
Xatırladaq ki, I Aram diaspordakı ermənilər arasında ən nüfuzlu din xadimidir.
Trampın bir həftənin içində iki dəfə ermənipərəst mövqedən çıxış etməsini şərh edən siyasi şərhçi Fuad Əliyev ermənilərin bütün hallarda Harrisə ümid bəslədiyini güman edir. Onun sözlərinə görə, Trampdan onlara ermənipərəst olmaz və Qarabağ erməniləri ilə bağlı çıxışı və katolikosla telefon danışığı da seçkiyə sayılı günlər qalmış bu elektoratın səsini almağa hesablanıb.

K.Harrisin tam ermənipərəstliyi ilə fərqləndiyini vurğulayan analitikin sözlərinə görə, demokratların əksəriyyəti ermənipərəst olur: “Konqresdə Azərbaycan əleyhinə təşəbbüslər qaldıranların da böyük çoxluğu Demokratlardan olur. Bu mənada biz seçim etmək məcburiyyətində qalanda Trampa üstünlük verməliyik, ermənilər də Harrisin tərəfdarıdır. Ümumiyyətlə, prezidentliyə namizədlər bu seçkidə erməni məsələsini çox da qabartmadılar. Bir dəfə Harris "Dağlıq Qarabağ"a qayıtmağın vacibliyinə çağırıb, daha sonra bu haqda danışmayıb, seçkiyə az qalmış da Tramp eyni mövzunu təkrarlayıb. Sanki hər iki partiya erməni lobbisindən gələn maliyyənin əvəzini ödəyiblər. Yəni bir dəfə çıxış etdilər, kifayətdir. Ancaq deyim ki, Harris Kaliforniyanın baş prokuroru vəzifəsində çalışarkən də ermənipərəst çıxışlarla gündəmə gəlirdi. Böyük ehtimal, Harris prezident seçiləndən sonra da ermənilərə dəstəyini davam etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya