
2025-ci ilin sonunu gözləmək lazım gələcək
07:53 05.11.2024
Siyasət
368
Türkiyə inflyasiyanın ən aşağı həddə düşməsi üçün çalışır
Bu proses yalnız Türkiyənin qlobal böhrana cəlb olunması, hərbi toqquşma və sair hallar səbəbilə dayana bilər
Türkiyədə illik inflyasiya yenidən azalıb. "APA-Economics" Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin oktyabr ayında illik inflyasiya 48.58 faiz təşkil edib. Sentyabr ayında bu rəqəm 49.38 faiz təşkil etmişdi. Oktyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 2.88 faiz, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 39.77 faiz artıb. Qeyd edək ki, əvvəlki ilin oktyabr ayına nisbətən ən az artım göstərən əsas qrup 26.14 faizlə nəqliyyat qiymətləri, ən çox artım qeydə alınan əsas qrup isə 93.66 faizlə təhsil qiymətləri olub. Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5 faizə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45 faizlə may ayında qeydə alınıb.
Onu da deyək ki, Türkiyədə inflyasiyanın azalacağı və yaxın illərdə təkrəqəmli olacağı ilə bağlı proqnozlar var.
İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyədə inflyasiya dünyada başladığı kimi 2021-ci ildə ölkələrin humanitar və fiskal siyasətinin nəticəsi olaraq, özünü göstərməyə başlayıb:

"Ölkələrdə pandemiyaya görə vətəndaşlara yardım göstərildi, digər tərəfdən vergi güzəştləri edildi. Ümumi dünyada gedən proseslər Türkiyədə də gedirdi. Məsələ burasındadır ki, sonradan Türkiyədə müəyyən fiskal siyasət nəticəsində bu inflyasiya daha da kəskinləşdi. Türkiyədə faiz dərəcələri demək olar ki, 0-a yaxınlaşdırıldı. Mənəvi məsələlərlə iqtisadi məsələlər qarışdırılırdı. 2021-ci ildə başlanan inflyasiya bunun nəticəsində daha da alovlandırıldı. Alovun da qarşısını başqa cür almaq mümkün deyildi. Türkiyə artıq 2023-cü ilin əvvəllərindən başlayaraq inflyasiyanı cilovlamağa başladı. İndi inflyasiya 2023-cü ilə nisbətən, zəifdir. Hesab olunur ki, 2025-ci ildə müəyyən sabitliyə nail olunacaq. Türkiyə lirəsi sərbəst valyuta kimidir. Türkiyədə 2025-ci ildə inflyasiya cilovlanacaq".
F.İbrahimlinin fikrincə, ixracın artması, tədiyə balansının mənfi saldosunun kəskin azalması, mənfi ehtiyatların azalması, valyuta bazarında tam üzən məzənnə rejiminin bərqərar olması, lirə/dollar kursunun sabitləşməsi Türkiyə hökumətinin atdığı addımların müsbət effektləridir: “İslahatlar davam edərsə, gözləntilər bu effektlərin davam edərək, daha müsbət xəttə keçməsi istiqamətlidir. Bu proses yalnız Türkiyənin qlobal böhrana cəlb olunması, hərbi toqquşma və sair hallar səbəbilə dayana bilər ki, inşallah, bu, baş verməyəcək. Amma əlbəttə ki, bütün məsələlər həllini tapmayıb. İnflyasiyanın ən aşağı həddə düşməsi üçün ən azı 2025-ci ilin sonunu gözləmək lazım gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya