Model və musiqiçi Taylor Muhl qarın bölgəsindəki ləkədən xilas olmaq üçün həkimə gedib və müayinə zamanı gözlənilməz halla qarşılaşıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, T.Muhlun sadəcə adi bir ləkə olduğunu düşündüyü izlərin dünyaya gəlməyən əkiz tayına məxsus olduğu ortaya çıxıb. Aparılan testlər nəticəsində gənc qadının iki fərqli DNT ardıcıllığına sahib olduğu və onlardan birini vaxtilə anasının bətnində olarkən əkiz tayından aldığı müəyyən edilib. Dünyada cəmi 100 adamda görülən "Ximerizm" adlı genetik sindroma sahib olduğunu öyrənən Muhl, eyni zamanda bədənində fərqli hüceyrə quruluşuna malik əkizidir. Onun bədənində iki tərəfi ayıran gözlə görünən xətt keçir. Bir tərəfi bir qədər qaranlıqdır, ona görə də iki fərqli dəri tonu var. Bu vəziyyətlə bağlı Teylor Barcroft TV-yə özünü "öz əkizləri" kimi gördüyünü deyib: “Bir bədəndə iki genetik quruluş var. Bu, belə demək mümkünsə, eyni maşının kapotu altında tamamilə fərqli iki insanın olması kimidir. Mən böyüyəndə heç kim mənə ikinci rəngli dəri piqmentasiyası haqqında heç nə demədi, çünki heç kim həqiqətən nə baş verdiyini bilmirdi". Əslində, diaqnoz qoyulmazdan əvvəl bu çapıqların doğum ləkələri olduğu düşünülürdü. Yetkinlik yaşına çatdıqda, Teylorda bəzi qəribə xəstəliklər inkişaf etməyə başlayıb. Vəziyyətindən hələ də xəbərsiz olan Teylor bu problemlərin immun sisteminin zəif olmasından qaynaqlandığını düşünürdü. Daha sonra o, səhhətindəki problemlərin bədəninin bir yarısının digər yarısına hücum etməsi nəticəsində yarandığını öyrəndi. Məlum oldu ki, bu, iki DNT ardıcıllığını və iki texniki cəhətdən fərqli immun sistemini daşımasıdır. Teylor indi sağlamlığını sabit və aktiv saxlamaq üçün güclü probiotiklər və vitamin əlavələri qəbul edir. "Bütün bunları etsəm də, mən yenə də hər gün otoimmün problemlərə və qida həssaslığına dözürəm, buna görə də bu, emosional olaraq sinir bozucu və tükəndirici ola bilər". O, məşhur müğənni, bəstəkar, model və rəqqasədir. Teylorun İnstaqramda 25 000-ə yaxın izləyicisi var və müntəzəm olaraq mediada “Ximerizm” haqqında danışır.