Məşhur müğənni Mahsun Kırmızıgülün anası Faike Arık 99 yaşında dünyasını dəyişib.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, Faike Arık vəsiyyətinə görə, sabah Diyarbəkirdə son səfərinə yola salınacaq.
Mahsun Kırmızıgül bildirib ki, "Əziz anam Faike Arıkın itkisindən çox kədərlənirəm. Cənazəsi sabah (şənbə) Diyarbəkir Səlahəddin Əyyubi məscidində günorta namazından sonra qılınacaq".
Xatırladaq ki, Mahsun Kırmızıgül 1998-ci ildə "Yıkıldım" mahnısına çəkdirdiyi klipdə anası Faike Arıkla kamera qarşısına keçib.