Dünən Bakı İnzibati Məhkəməsində Xalq artisti Flora Kərimovanın Səhiyyə Nazirliyinə qarşı iddiasına baxılıb.
Bakupost.az xəbər verir ki, məhkəmə iddianın təmin edilməməsi barədə qərardad çıxarıb.
Qeyd edək ki, F.Kərimova və onun vəkili Elcan Həsənli 2021-ci ildə plastik cərrah Sevinc Heydərovaya sertifikasiya şəhadətnaməsi verildiyi üçün məhkəmədə Səhiyyə Nazirliyinə qarşı iddia qaldırmışdılar. Onlar həmin sertifikatın ləğvini tələb edirdilər.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Sevinc Heydərova aparıb. Müğənni əməliyyatdan sonra fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.