“Mələyimizi itirdik” - Doğuş acı xəbəri sosial şəbəkədə paylaşdı!

 “Gamsız”, “Bunun Adına Yürek Derler”, “Yalancı” və “Yemin Ettim Sana” kimi mahnılarla yaddaşlarda iz buraxan Doğuş, qayınanasını itirib.

“Şərq” xəbər verir ki, Doğuş, acı xəbəri sosial şəbəkə hesabında belə paylaşıb:

“Gecə anamızı itirdik, mələyimizi itirdik. Acımız böyükdür. Əvvəlcə həyat yoldaşıma, bacı-qardaşlarına və bütün sevənlərinə başsağlığı diləyirəm.”

2014-cü ildə evlənən azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı və Doğuşun 2016-cı ildə Arda və Arın adlarında əkiz oğlan övladları dünyaya gəlib.