
Yıldız Tilbe: İşləməsəm, ölərəm. İşləmək mənim yeganə dərmanımdır
Yusif Nəzərli
19:58 03.05.2025
Şou
768
Türkiyəli məşhur müğənni Yıldız Tilbe ötən gecə səhnədən çıxarkən görüntülənib.
Sherg.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran müğənni, qısa müddət əvvəl saçlarının yanmasından sonra onları qırxdırdığını bildirib: “Yandı, sağaldı, amma izləri qaldı,” – deyə qeyd edib.
Saçını özü rəngləyən Yıldız Tilbenin üzündə yanıqlar əmələ gəlmişdi. Müğənni bu barədə belə demişdi: “Bir daha saçımı boyamayacağam. Kimyəvi yanıq keçirdim.”

Yeni layihələrindən də danışan Tilbe, keçən həftə və bu həftə iki yeni mahnı yayımladığını, gələn həftə də yeni bir mahnı çıxaracağını bildirib. Bu tempə necə uyğunlaşdığını soruşduqda isə belə cavab verib: “İşləməsəm, ölərəm. İşləmək mənim yeganə dərmanımdır.”
Yaxın günlərdə Şimali Kiprə konsert üçün gedərkən telefonunu evdə unutduğunu sosial mediada paylaşan Tilbe bu barədə belə deyib: “Bir az sıxıcı idi. Sosial mediaya çox öyrəşmişik, hamı qədər biz də asılı olmuşuq.”
İstanbulda baş verən son zəlzələ ilə bağlı danışan Yıldız Tilbe: “Evdə idim, çox qorxdum. Pişiklərim də qorxdu, vallah titrədim. Allah bir daha göstərməsin,” – deyib. “Zəlzələ çantanız kimi tədbirləriniz varmı?” sualına isə Tilbe özünəməxsus tərzdə cavab verib: “Zəlzələ çantası nə etsin, adamın üstünə bina uçursa...”
İstanbuldan köçməyi düşünmədiyini bildirən müğənni: “Nə olacaqsa, o olacaq. İnsan harada olsa da fərq etmir,” – bildirib.
Sosial mediada onun adından açılan saxta hesablar barədə də danışan Yıldız Tilbe: “Yıldız Tilbe adı ilə mavi təsdiq işarəsi alıb siyasi paylaşımlar edənlər var. Halbuki mənim heç vaxt siyasi paylaşımım olmayıb, ola da bilməz. Şikayət etdim, bağlanmadılar; mən bağlandım! Nə deyəcəyimi bilmirəm. Buradan bir daha şikayət edirəm,” – deyə qeyd edib.
Sonda isə mahnı oxuyarkən ağız hərəkətlərinin təqlid edilməsindən narahat olduğunu ifadə edən Tilbe belə davam edib: “Məni təqlid edirlər, ağızlarını geniş açaraq danışırlar. Allah onların ağızlarını açsın da necə bilirlərsə, elə də buraxsın. Doğrudan çox əsəbiləşirəm. Mən uşaqkən yandım; ona görə də üzümün sağ və sol tərəfi bir deyil.”
Üzündə uşaqlıqda keçirdiyi yanıq səbəbilə deformasiyanın olduğunu bildirən müğənni, bundan sonra onu təqlid edənləri bloklayacağını da əlavə edib. Bu mövzu xatırladıldıqda isə belə deyib: “Tərbiyəsizlik! Nə deyə bilərəm ki? Tərbiyəsiz insanlar üçün ediləcək bir şey yoxdur. Allah bağışlasın,” – sözləri ilə fikirlərini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm