Analitik: Tramp Türkiyə kimi “sərbəst oyunçularla” işləməyin yollarını axtarır
Yusif Nəzərli
08:43 26.06.2025
Dünya
440
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb. Prezidentlər arasında danışıqlar mətbuata bağlı qapılar arxasında baş tutub. Görüş zamanı liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Ərdoğan iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu bildirib. O deyib ki, əməkdaşlığın inkişafı, xüsusən də müdafiə sənayesi sahəsində əlaqələr ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmağa kömək edəcək. Türkiyənin dövlət başçısı Trampın səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb. Ərdoğan bunun daimi olmasını arzulayıb. Qəzzada humanitar faciəyə tez bir zamanda son qoyulması və Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb. NATO-nun aparıcı müttəfiqləri kimi iki lider alyansın çəkindirici gücünü gücləndirmək üçün gələcək addımların atılmasının vacibliyini vurğulayıblar.
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a açıqlamasında bildirib ki, qlobal miqyasda gərginliyin artdığı, geosiyasi balansın dəyişdiyi və müttəfiqlər arasında etimadın sınaqdan keçirildiyi bir ərəfədə belə bir görüşün baş tutması strateji əhəmiyyət daşıyır. Ekspert qeyd edib ki, Ərdoğan-Tramp görüşü təkcə Türkiyə-ABŞ münasibətlərini deyil, eyni zamanda NATO daxilindəki dinamikanı və regional güclərin yeni mövqelərini müəyyənləşdirməyə yönəlmiş bir təşəbbüs kimi qiymətləndirilə bilər:
"Nəzərə alsaq ki, Türkiyə və ABŞ münasibətləri son illərdə dəfələrlə sınağa çəkilib, bu xüsusda bu görüşü Türkiyəyə verilən diplomatik önəmin göstəricisi kimi səciyyələndirmək olar. F-35 layihəsindən çıxarılma, S-400 məsələsi, Suriyada kürd silahlı qruplarına ABŞ-nin dəstəyi və digər mövzular bu münasibətləri kövrək hala gətirib. Trampın dövründə Ərdoğanla fərdi münasibətlər daha praqmatik və şəxsi diplomatiyaya əsaslansa da, institusional səviyyədə problemlər qalmaqdadır. Bu görüş, münasibətləri yenidən "dizayn etmək" cəhdi kimi də yozula bilər".
A.Niftiyev deyib ki, NATO-nun gələcəyi və Türkiyənin mövqeyi baxımından da bu görüş müstəsna əhəmiyyət kəsb edir:
"NATO daxilində fikir ayrılıqları var, xüsusilə Avropa və ABŞ arasında strateji yanaşmalarda fərqlər müşahidə olunur. Türkiyə isə həm NATO üzvü, həm də Rusiya və digər regional güclərlə əlaqələri balanslaşdıran bir aktor olaraq ittifaqın içində fərqli bir mövqe tutur. Ərdoğan-Tramp görüşü, NATO çərçivəsində Türkiyənin rolunun və gözləntilərinin də müzakirə olunduğu bir platformaya çevrilə bilər. Eyni zamanda Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, Asiyada ABŞ-Çin rəqabəti fonunda Türkiyə kimi regional güclərin hərəkət troyektoriyası dünya siyasətində ciddi əhəmiyyət daşıyır. Ərdoğan-Tramp görüşü "Qərb alyansı daxilində fərqli baxış bucaqlarının koordinasiyası" cəhdidir. Trampın mümkün ikinci prezidentliyi fonunda bu görüş, gələcək münasibətlərin konturlarını da müəyyən edəcək".
Müsahibimiz vurğulayıb ki, Trampın şəxsi keyfiyyətlərinə bələd bir lider kimi Ərdoğan mövcud şərtlər daxilində prosesləri Türkiyənin maraqları kontekstinə uyğunlaşdırmağa çalışır:
"Tramp isə NATO və beynəlxalq müttəfiqliyə daha praqmatik baxan siyasətçi kimi, Türkiyə kimi “sərbəst oyunçularla” işləməyin yollarını axtarır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil