ƏLVİDA, Santos!: 11 oyunda 29 qol buraxdı və qovuldu!
09:37 08.09.2025
Gündəm
328
Super Liqa nəhəngi “Beşiktaş”la 9 yanvar 2024-cü ildə müqavilə imzalayan və 16 oyundan sonra 13 aprel 2024-də vəzifəsindən kənarlaşdırılan Fernando Santos, daha sonra Azərbaycan Millî Komandasının sükanı arxasına keçmişdi.
Lakin təcrübəli mütəxəssisin Azərbaycandakı macərası da uğursuzluqla yadda qaldı.
Sherg.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyası (AFFA) Portuqaliyalı çalışdırıcı ilə yolların ayrıldığını açıqlayıb. Federasiyanın məlumatına görə, Santosun müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib.
Millimizi 2026 FIFA Dünya Çempionatının Avropa seçmə mərhələsində Ukrayna ilə oyuna 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Ayhan Abbasov çıxaracaq.
Portuqaliyalı mütəxəssis Azərbaycan Millî Komandasının başında keçirdiyi 11 oyunda qələbə qazana bilməyib. Komanda bu görüşlərdə cəmi 4 qol vurub, əvəzində 29 qol buraxıb.
70 yaşlı çalışdırıcı 11 oyunda 2 heç-heçə, 9 məğlubiyyətlə kifayətlənib və orta hesabla 0.18 xal toplaya bilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Paşinyana daha əvvəlki kimi güvənmir - Zərdüşt Əlizadə
17:28 09.07.2026
Gündəm
Bakıda ər arvadını ov tüfəngi ilə qətlə yetirdi
17:27 09.07.2026
Hadisə
Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib - ŞƏRH
17:03 09.07.2026
İqtisadiyyat
Süni intellekt üçün internet Bakcelldən
16:54 09.07.2026
Ölkə
Arzum üçün imza toplanır
16:40 09.07.2026
Cəmiyyət
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya