83 yaşlı “Xaç atası” -Dördüncü övladı dünyaya gəldi
83 yaşlı “Xaç atası” -Dördüncü övladı dünyaya gəldi
10:22 08.08.2024
Şou
595
Hollivud “ulduz”u, Oskar mükafatçısı, “Xaç atası”, “Qadın ətri” filmləriylə hafizələrdə yaşayan Al Paçinonun dördüncü övladı bu günlərdə cəmiyyətə təqdim olunub. Körpə 2023-cü ildə dünyaya gəlib, lakin anası, Küveyt əsilli amerikalı rejissor Noor Al-Fallah körpəni yalnız 14 ay keçdikdən sonra cəmiyyətə göstərib.
83 yaşlı Al Paçino ilə gənc sevgilisinin arasında tam 54 yaş fərqi var. Al Paçino isə son illərdə şəxsi həyatı ilə tez-tez gündəmə gəlir. Məşhur aktyorun gənc sevgilisindən övladının dünyaya gəlməsi də bu qəbildəndir. Roman adı verilən körpə məşhur aktyorun sayca dördüncü övladıdır. Noor Al-Fallah Los-Ancelesdə körpəsi ilə gəzərkən kameralara tuş gəlib. Körpənin Al Paçinoya bənzərliyi də nəzərdən qaçmayıb. Bundan əvvəlsə N.Al-Fallaha “Al Paçinoyla evlənəcəksinizmi” sualı veriləndə o, “sanmıram, çünki mən, ümumiyyətlə evlənmək istəmirəm”, cavabını vermişdi. Al Paçinoyla N.Al-Fallah bir axşam yeməyində tanış olublar və bundan sonra yaxın münasibətləri başlayıb. N.Al-Fallah “Onu daha əvvəl də tanıyırdım. Kino məktəbini bitirmişəm və ünlü aktyor və rejissorları tanıyıram. Onu görəndə isə “Aman, Allah bu, Al Paçinodur, dedim. Amma onun bir gün övladımın atası olacağını heç ağlıma da gətirməzdim. O, çox istedadlı, bənzərsiz insandır”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə